Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:58

-

Ələt Yeni Bakı Limanında yaradılacaq azad ticarət zonasının planlaşdırılması və idarə olunması işinə ixtisaslaşmış xarici şirkət cəlb olunub.

Bu haqda zonanın yaradılması ilə bağlı işçi qrupun iyunun 10-da keçirilən ilk iclasında məlumat verilib. Ancaq həmin şirkətin adı açıqlanmır.

AZƏRTAC-ın xəbərinə görə, toplantı Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadovun sədrliyi ilə keçirilib. Müzakirələrə iqtisadiyyat, vergilər, nəqliyyat, ekologiya və təbii sərvətlər, maliyyə, ədliyyə nazirliklərinin, gömrük, əmlak komitələrinin nümayəndələri qatılıblar.

Xüsusi iqtisadi zonalara dair qanunvericilik, Ələt azad ticarət zonasının yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası və idarəsi əsas müzakirə mövzusu olub.

Bu il martın 17-də ölkə başçısı “Ələtdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər planı haqqında” sərəncam imzalayıb.

Azad ticarət zonasında nəqliyyat, neft-kimya, əczaçılıq sahələrinin qurulması, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması və markalanması planlaşdırılır.

Azad ticarət zonası ölkə ərazisinin xüsusi rejim altında fəaliyyət göstərən bir hissəsidir. Belə zonalarda istehsal olunan məhsullara milli gömrük ərazisindən kənarda olan obyekt kimi baxılır. Həmin məhsullar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG