Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:40

-

Bu ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşımaları azalıb.

Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Həmin məlumata görə, cəmi 15707 min ton yük daşınıb. Yüklərin 10090 min tondan çoxu avtomobil, 4233 min tonu isə dəmir yolunun payına düşüb.

Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi isə 1383,5 min ton olub.

2015-ci ilin analoji dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 12,3 faiz azalma qeydə alınıb. Komitə bunu dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalma ilə izah edir.

Sərnişin daşımasında isə cüzi artım var

Dəmir yolu ilə daşımalar 24, dəniz nəqliyyatı ilə isə 43 faiz aşağı düşüb. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi isə əksinə, 2,7 faiz artıb.

Komitə bildirir ki, dəhliz vasitəsilə daşınmış yüklərin 14,4 faizini və ya 2261 min tonunu tranzit yüklər təşkil edib.

Bu il aprelin sonuna kimi 109,7 milyon sərnişin dəhliz vasitəsilə daşınıb. 2015-ci ilin analoji dövrü ilə müqayisədə sərnişin daşınmasında 2,2 faiz artım qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG