Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:03

-

2016-cı ilin yanvar-mayında Azəri-Çıraq-Günəşli ( AÇG) blokundan mənfəət neftinin satışından Neft Fonduna 1 milyard 801 milyon dollar daxil olub.

“2001-ci ildən 2016-cı il iyunun 1-nə kimi AÇG blokundan mənfəət neftinin satışından 118 milyard 869 milyon dollar daxil olub”, – Neft Fondunun məlumatında bildirilir.

Turan-ın xəbərinə görə, 2016-cı ildə AÇG-dən Neft Fonduna aylıq mədaxillər belə olub:

Yanvarda 442 (barreli 32.33 dollardan), fevralda 348 (33,43), martda 347 (39,80), apreldə 356 (43,02), mayda isə 308 (48,11) milyon dollar.

Göründüyü kimi, ilin əvvəlindən hər ay ixrac neftinin qiyməti artıb. Amma Fondun AÇG-dən gəlirləri aprel ayı istisna olmaqla azalıb.

Mayda dövlətin bu blokdan qazancı 308 milyon dollar olub. Bu, yanvardakından 30,3 faiz və ya 134 milyon dollar azdır. Halbuki, mayda 1 barrel neftin orta ixrac qiyməti 16 dollardan çıx artıb. Burdan anlaşılır ki, ikinci rübdə AÇG-də hasilat həcmi azalmaqdadır.

Birinci rübdə sutkalıq hasilat 651 min barrel olub. Bəzi məlumatlara görə, dördüncü rübdə bu göstərici 620 min barrelə düşəcək.

2015-ci ildə Neft Fondu AÇG blokundan mənfəət neftinin satışından 6,9 milyard dollar gəlir əldə edib. Ötən il Azərbaycan neftinin orta ixrac qiyməti 53 dollar təşkil etmişdi.

Neft Fondunun AÇG blokundan gəlirlərinin piki həddi2011-ci ildə olub Ayda 1,6 milayrd. 2015-ci ildə bu göstərici 580 milyona düşüb.

AÇG bloku üzrə saziş 20 sentyabr 1994-cü ildə imzalanıb.

BP AÇG-də 35,78 , Chevron – 11,27, ExxonMobil 8,0006 , ONGC Videsh Limited 2,72 , Inpex 10,96 , Itochu 4,3, SOCAR 11,65, Statoil 8,56, TPAO isə 6,75 faiz paya sahibdir..

Günün bütün mövzuları

XS
SM
MD
LG