Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:46

-

“Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin daxili strukturu təsdiqlənib, işçi heyətinin formalaşdırılması həyata keçirilib. Agentliyin nəzdində fəaliyyət göstərən və güzəştli mənzil tikintisinin sifarişçisi olan qurumun işinin təşkilinə başlanılıb”.

Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev AZƏRTAC-a müsahibəsində belə deyib.

S.Nuriyevin deməsinə görə, artıq mənzillərin tikilməsindən ötrü ayrılacaq torpaq sahələrinin seçilməsi prosesinə başlanıb.

Torpaq sahələrinə baxış keçirilib

“Bakının əsasən, Binəqədi, Suraxanı və Qaradağ rayonlarında ondan artıq torpaq sahəsinə baxış keçirilib. Onların qiymətləndirilməsi həyata keçirilib. Gəncə, Sumqayıt, Lənkəran və Masallı şəhərlərində də torpaq sahələrinin ayrılması imkanları araşdırılıb. Onlara da yerində baxış keçirilib. Seçilmiş torpaq sahəsini müvafiq icra hakimiyyəti sifarişçi qurum olan “MİDA” MMC-nin sərəncamına verildikdən sonra, memarlıq-planlaşdırma və layihələndirmə işlərinə başlanılacaq”, S.Nuriyev deyib.

S.Nuriyev qeyd edib ki, agentliyin əsas məqsədi gəlir səviyyəsi aşağı olan sosial təbəqəni təmsil edən vətəndaşlara yeni tikiləcək binalarda mənzillərin əlçatan olmasını təmin etməkdir.

Uzunmüddətli aylıq ödəmə

Onun deməsinə görə, tikiləcək binalarda mənzillərin sahələri çox böyük olmayacaq. Belə mənzillər tam təmirli vəziyyətdə vətəndaşlara təqdim ediləcək.

“Tikiləcək mənzillərin uzunmüddətli aylıq ödəmə şərtləri ilə əldə edilməsinə şərait yaradılacaq. Planlaşdırılır ki, vətəndaşlar ayda yüksək olmayan icarə haqqı səviyyəsində bir məbləğ ödəməklə həmin mənzillərə tam sahib olsunlar” - deyən S.Nuriyev Almaniya, Sinqapur, Türkiyə, Rusiya və digər ölkələrin sosial mənzillərlə bağlı təcrübəsini öyrəndiklərini qeyd edib

Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi ölkə başçısının bu ilin aprelində imzaladığı fərmanla yaradılıb.

Agentliyin yaradılmasında məqsəd vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaqdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG