Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:41

Ukraynanın separatçı Donetsk vilayətində bir neçə min sakin, Donbasda ATƏT müşahidəçilərinin yerləşdirilməsinə etiraz olaraq mitinq keçiriblər.

Mitinqi yerli hakimiyyət təşkil edib.

Belə bir təkliflə mayın 20-də ATƏTin baş katibi Lamberto Zannier çıxış edib. Amma hələlik elə bir qərar yoxdur.

Bəzi sakinlər hesab edir ki, ora NATO qüvvələri gətiriləcək.

Amma Zannier bildirib ki, silahlı müşahidəçilərin gəlişi, Ukrayna hökuməti və separatçı Donbas rəhbərliyinin razılığı ilə olmalıdır.

Hazırda bu bölgədə ATƏT-in silahsız missiyası fəaliyyət göstərir.

Minskdəki əlaqə qrupu ilə danışıqlarda separatçıları təmsil edəni Denis Puşulin:

“Hamımız yaxşı bilirik ki, silahlı müşahidəçilər Ukrayna ordusu üçün əlverişli hədəf olacaq və ənənəyə görə yenə bizi günahlandırmağa çalışacaqlar”.

ATƏT sədrinin sözlərinə görə, Ukraynanın şərqindəki silahsız müşahidəçilər tez-tez hədələnir, hərdən isə məruz qalırlar və əksər halllarda onların işinə separatçılar mane olurlar.

2014-cü ilin aprelindən Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG