Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:11

Ötən cümə günü vəfat edən əfsanəvi amerikalı boksçu Məhəmməd Əlinin dəfn mərasimi başlayıb.

Kentukki ştatının Luisvilla şəhərində keçirilən mərasim müsəlman ayinləri ilə başlayıb.

Məhəmməd Əli bu şəhərdə doğulub.

Dəfn mərasiminə dünyanın müxtəlif yerlərindən 14 mindədək adam gəlib.

İnsan haqları müdafiəçisi, irqçilik və müharibəyə qarşı çıxan əfsanəvi boksçu, iyunun 3-də 75 yaşında vəfat edib.

Son 30 ildə o, Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Afroamerikalı Kassius Kley 1964-cü ildə islamı qəbul edib və adını dəyişib.

Dəfin mərasimini sağ ikən Məhəmməd Əlinin özü planlaşdırıb və onun islam adətləri ilə keçirilməsini vəsiət edib.

Vida mərasimi dini ayinlərlə başlayıb, mərhumun tabutu qara-qızılı xalıya bügülüb.

Mərasimi Kaliforniya Universitetindəki müsəlman məktəbinin banisi Zaid Şakir aparır.

Vida mərasiminə Türkiyə prezidenti Racep Tayyip Erdoğan da gedib.

Üçqat dünya çempionunun dəfn mərasimi iki gün çəkəcək, cümə günü yekun mərasim keçiriləcək.

Keçmiş prezident Bill Clinton matəm çıxışı edəcək və mərasim internet-kanallarla bir neçə dildə yayımlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG