Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:16

-

İyunun 11-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 15-18, gündüz 20-24, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq.

Sabah ölkənin rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Yağıntının bəzi yerlərdə leysana çevriləcəyi, dolu düşəcəyi ehtimal edilir. Gecə 13-18, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 11-16 dərəcə isti olacaq.

Son həftə ölkənin müxtəlif bölgələrinə dolu düşdüyü bildirilir. Bunun əkin sahələrinə ciddi ziyan vurduğu qeyd edilir. Üstəlik, aramsız yağan yağışların torpaq sürüşmələrinə səbəb olduğu deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG