Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:27

-

Qazaxıstan təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbində yerləşən Aktobe şəhərində 5 şübhəli yaraqlını öldürüblər. Bir neçə gün öncə bu şəhərdə törədilən hücumlarda azı 20 nəfər öldürülüb.

Milli Təhlükəsizlik Xidməti bildirib ki, iyunun 10-da xüsusi qüvvələr bir mənzilə basqın edib və dörd “terrorçu”nu öldürüblər. Bəyanata görə, beşinci öldürülən küçədə polisə atəş açdıqdan sonra qətlə yetirilib.

Dinc sakinlər, yaxud təhlükəsizlik qüvvələri arasında ölən yoxdur.

KNB öldürülən şəxslərin 5 iyun hücumunda iştirakda şübhəli bilindiyini deyir.

Hakimiyyət hələlik həmin hücumlara görə məsuliyyət daşıyanları müəyyənləşdirməyib, ancaq onları “dindar radikallar” adlandırıb. Qazaxıstanda bu termin islamçı yaraqlılarla bağlı işlədilir.

Prezident Nursultan Nazarbaev iyunun 8-də deyib ki, hücumçular xaricdən təlimat alıblar və psevdo-dini radikal hərəkatın tərəfdarları olublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG