Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:12

-

İslam Dövləti (İŞİD) silahlı qruplaşması İraqın şimalındakı Numrud Assuriya şəhərində 3 min yaşı olan məbədi partlatdığını göstərən video yayıb.

BMT də iyunun 9-da təsdiqləyib ki, peyk təsvirləri Nabu məbədinin əsas girişinə ciddi ziyan dəydiyini göstərir.

Nimrud eramızdan əvvəl 13-cü əsrə aid Assuriya şəhəridir, 2014-cü ildən İŞİD-in nəzarətində olan Mosul şəhərindən 20 mil cənubda yerləşir.

Videoda danışan saqqalı deyir ki, dağıntının məqsədi müsəlmanların bütpərəstliyə qayıtmasını əngəlləməkdir.

İŞİD İraqın şimalında tarixi əhəmiyyətli arxeoloji sahələri, eləcə də qonşu Suriyanın Palmira şəhərində qədim binaları və məbədləri dağıdıb. Qruplaşma tarixi eksponantların qarəti və satılmasında da şübhəli bilinir.

Günün bütün mövzuları

XS
SM
MD
LG