Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:13

Atəşkəsin 30 dəfə pozulduğu deyilir


Qarabağda erməni əsgər.
Qarabağda erməni əsgər.

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 30 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Berd rayonundan Azərbaycan ordusunun Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqeləri atəşə tutulub.

Bundan başqa, Tərtər, Ağdam, Füzuli və Goranboy rayonları istiqamətlərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu açıqlanıb.

Müdafiə Nazirliyinin iyunun 9-dakı açıqlamasında atəşkəsin gün ərzində 27-i dəfə pozulduğu bildirilirdi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Yaranmış gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Həmin görüşdə atəşkəsin gücləndirilməsi müzakirə edilib. Görüşdən sonra atəşkəsin pozulması halları nisbətən azalıb.

XS
SM
MD
LG