Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:19

-

Prezident Barack Obama ABŞ ordusuna Talibanla savaşda əfqan qüvvələrə yardım məqsədilə daha geniş səlahiyyət verib. Buraya hava zərbələrinin artırılması da daxildir. Məlumatı iyunun 9-da “Associated Press” və “Reuters” agentlikləri yayıb.

Yeni qaydalara görə, amerikalı əsgərlərin əfqan qüvvələri nə zaman müşayiət etməsinə ABŞ-ın Əfqanıstandakı komandiri general John Nicholson qərar verəcək. Daha öncə onlar yalnız əfqan xüsusi qüvvələri ilə işləyirdi.

ABŞ rəsmilərinin sözlərinə görə, bu genişləndirilmiş səlahiyyət yalnız “döyüş meydanında strateji effekt yarada biləcəyi xüsusi hallarda istifadə olunacaq”.

Qüvvədə olan qaydalar ABŞ qüvvələrinin yaraqlıları vurmasını məhdudlaşdırır. Daha öncə ABŞ ordusu yalnız əfqan ordusunun ciddi geriləməsini önləmək məqsədilə Talibana qarşı hərəkətə keçə bilərdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG