Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:06

-

İyunun 9-da Rusiyanın müdafiə naziri Sergei Shoigu Tehranda İran və Suriyadan olan həmkarlarıyla görüşüb. Müavini Anatoly Antonov deyib ki, üçtərəfli danışıqlarda Suriyada İslam Dövləti və al-Qaeda-ya bağlı Al-Nusra Cəbhəsi silahlı qruplaşmalarına qarşı bu üç ölkə arasında əməkdaşlığı gücləndirmək müzakirə olunub.

Antonov onu da deyib ki, Shoigu suriyalı həmkarı Fahd Jassem al-Freij və iranlı həmkarı Hossein Dehghan ilə ikitərəfli görüşlər də keçirib.

Suriyada bəzi fraksiyaları ABŞ, Avropa Birliyi və Səudiyyənin rəhbərlik etdiyi ərəb dövlətləri koalisiyası mötədil müxalifət sayır. Moskva, Tehran, Dəməşq isə həmin qruplara terrorçu deyir.

İranla Rusiya Suriya Prezidenti Bashar al-Assad rejiminin əsas müttəfiqləridir və onu hərbi müşavirlər və hava zərbələrilə dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG