Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:05

-

ABŞ Prezidenti Barack Obama vəzifədən gedənədək Ağ EV Rusiya və Ukrayna arasında sülh sazişinin icrasına nail olmağa çalışır. Bunu ABŞ Milli Təhlükəsizlik müşaviri Susan Rice deyib.

Rice ilin sonunadək münaqişənin həlli potensialını gördüyünü sözlərinə əlavə edib. Obama vəzifədən yanvarın 20-də gedəcək.

Ukraynada sülhün əldə olunması üzrə son danışıqlar nəticəsiz qalıb.

“Washington Post” qəzetinin tədbirinə qatılan Rice deyib ki, ABŞ rəsmiləri Fransa və Almaniya həmkarları ilə birlikdə Ukraynada münaqişə tərəflərini Minsk sülh razılaşmasının icrasına inandırmağa çalışırlar.

Ukrayna və Qərb liderləri deyirlər ki, Rusiya sazişin özünə aid hissəsini icra etmir və Ukraynanın şərqində separatçıları dəstəkləyir. Rusiya bunu inkar edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG