Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:08

Pambıq və tütün əkənlər də subsidiya alacaq


Pambıq
Pambıq

-

Nazirlər Kabineti «Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə, dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları»na dəyişiklik edib.

APA-nın xəbərinə görə, dəyişikliyə əsasən, bundan sonra istehsalçılara hər hektara bitkilərin becərilməsinə sərf etdikləri yanacaq və motor yağları üçün 50 manat, buğda, çəltik, pambıq, tütün əkininə görə də, əlavə 40 manat yardım veriləcək.

Bundan başqa, qurum fermerlərə mineral gübrələrin və herbisidlərin güzəştlə satılması qaydalarını da dəyişib. Bu məsələdə də daha çox güzəştdən söhbət gedir.

Bu vaxta qədər yalnız buğda, arpa, çəltik əkənlərə subsidiya verilirdi.

XS
SM
MD
LG