-
Beynəlxalq Valyuta Fondu (BVF) neft bazarı ilə bağlı proqnozunu açıqlayıb.
Qurum 2021-ci ilə qədər neftin orta illik qiymətlərinin 51 dollardan aşağı olacağını proqnozlaşdırıb.
«Report» bu xəbəri qurumun «Ucuz neft qiymətləri ilə yaşamağı öyrənmək» adlı yeni hesabatına istinadən yayıb.
BVF-nin proqnozlarına görə, neftin barrelinin orta illik qiyməti 2016-cı ildə 36 dollar, 2017-ci ildə 42 dollar təşkil edəcək. Sonrakı illərdə neftin orta illik qiymətinin tədricən artacağı proqnozlaşdırılır. .
Fond neft fyuçerslərini təhlil edərək bildirib ki, qiymətlər 2020-ci ilə qədər 50-55 diapazonunu keçməyəcək.
«Brent» markalı neftin qiyməti hazırda 52 dollardan yüksəkdir.