Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:28

AB liderləri Erdogan-a cavab verir


Norbert Lammert (sağda) və Ermənistan Prezidenti Edward Nalbandian, arxiv fotosu

Norbert Lammert (sağda) və Ermənistan Prezidenti Edward Nalbandian, arxiv fotosu

-

Avropa liderləri Türkiyə Prezidenti Recep Tayyip Erdogan-ın davamlı tənqidlərinə cavab verib. Erdogan alman deputatları ermənilərin Osmanlı imperiyası dönəmində kütləvi qırğınını “soyqırımı” kimi tanıyan qətnamə qəbul etdiyinə görə davamlı tənqid edir. O, həmin qətnaməyə səs verən Bundestaqın 11 türk əsilli üzvünün qanını yoxlamağı təklif edib.

Almaniya parlamentinin prezidenti Norbert Lammert iyunun 9-da deyib ki, 21-ci əsrdə demokratik yolla seçilmiş prezidentin “deputatlara qarşı nifrət hədələri və təhqirlərə yol açacaq belə bir tənqid səsləndirə biləcəyini ağlına gətirməzdi”.

Erdogan alman deputatları “pinsipsizlikdə”, PKK-nı dəstəkləməklə terrorçuluğa yardım etməkdə suçlayıb. Lammert deputatların “terrorçuların ruporu” olması fikrini qətiyyətlə rədd edib.

Avropa Parlamentinin Prezidenti Martin Schulz da Türkiyə liderinə “dərin narahatlıq” bildirib, deyib ki, terrorçuluq ittihamları “tabunun pozulması deməkdir”.

Shultz deyib ki, Erdogan-ın dedikləri “beynəlxalq münasibətlərə təsirsiz ötüşməyəcək”.

Günün bütün mövzuları

XS
SM
MD
LG