Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:08

-

Bu, prezidenti İlham Əliyevin bu gün “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” imzaladığı fərmanda öz əksini tapıb.

Fərmanın mətni President. az saytında dərc edilib.

Dövlət Sərhəd Xidməti ( DSX) bundan sonra Azərbaycan sərhəd buraxılış məntəqələrində ölkəyə gələn və gedən nəqliyyat vasitələrinə baxış keçirilməsini təmin edəcək.

DSX dövlət sərhədindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının keçirilməsinin qarşısını almalıdır. Bundan başqa bu qurum radioaktiv, partlayıcı maddələrin, hərbi texnikanın, döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların qarşısını almaqdan ötrü ona verilən bu hüquqdan yararlanmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG