Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:52

-

2016-cı ilin yanvar-may ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 683 milyon manatdan artıq vəsait daxil olub.

Vergilər Nazirliyinin saytı bu haqda xəbər yayıb.

Xəbərdə proqnoz tapşırığının 103 faizdən də artıq icra edildiyi bildirilir.

Ancaq ötən ilin analoji dövrü ilə müqayisədə vergi daxilolmalarında azalma var.

Azalmanın həcmi 165 346 min manatdan artıqdır. Bu 6 faizə yaxındır.

Ancaq bu günlər Dövlət Gömrük Komitəsi (DGK) ilə bağlı fərqli vəziyyət açıqlanmışdı. Bu ilin may ayında DGK xətti ilə dövlət büdcəsinə 206 milyon 272 min 780 manat vergi və rüsumun daxil olduğu bildirilirdi. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45.44 faiz çoxdur.

Çoxlarında istər-istəməz təbii sual yaranırdı. İdxalla ixracın azaldığı bir vaxtda büdcəyə ödəmələr nəyin hesabına artıb? Axı DGK-nın gəlirləri, əsasən, idxaldan tutulan vergi və rüsumlardan formalaşır.

İdxalın bu ilin ilk 4 ayında ötən ilin eyni dövrünə nisbətdə 23.85 faiz azaldığı qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG