Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:05

-

Nazirlik rəsmisi: Kompensasiya o təsərrüfatlara ödənilir ki, onlar vaxtında məhsulu sığortalayıb”

Kənd Təsərrüfatı Nazirliyi son günlər havaların yağmurlu keçməsi, dolu düşməsi səbəbindən əkin sahələrinə dəyən zərəri hesablamaqla məşğuldur. Araşdırmaları nazirliyin yerli idarələri aparır.

Nazirliyin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov Turan-a əksər rayonların havaların yağmurlu keçməsindən təsirləndiyini deyib.

“Müşahidələrə və daxil olan məlumatlara görə, Gədəbəy, Samux, Tovuz, Ağdam , İmişli rayonlarının təsərrüfatlarına daha çox ziyan toxunub. Bu, təbii ki, meyvə bağlarında, tərəvəz sahələrində, kartof əkinlərində məhsuldarlığa təsir edəcək. Eyni zamanda, Aran rayonlarında taxılın yerə yatması da müşahidə olunur”, şöbə müdiri bildirib.

Ziyanın ödənilməsi məsələsinə gəlincə, nazirlik rəsmisi bu haqda nikbin danışmayıb:

“Kompensasiya o təsərrüfatlara ödənilir ki, onlar vaxtında məhsulu sığortalayıb. Hər il dövlət büdcəsindən kənd təsərrüfatı sektorunun, o cümlədən əkin sahələrinin sığortalanması məqsədli ilə 1 milyon manat vəsait ayrılır. Təssüf ki, fermerlər sığorta şirkətləri ilə müqavilə bağlamağa meyilli olmadıqlarından bu vəsaitin az bir hissəsindən istifadə olunur”.

Qüvvədə olan qaydalara görə, sığorta şirkəti ilə müqavilə bağlayan təsərrüfat sığortanın 50 faizini ödəyir. Qalan vəsaiti isə onun əvəzindən dövlət ödəyir.

Təbii fəlakət baş verdikdə sığorta şirkəti dəymiş zərəri ödəyir.

Rəsmi bilgilərə görə, hər il Azərbaycanda minlərlə hektar sahəyə təbii fəlakət halları nəticəsində zərər dəyir.

Kənd təsərrüfatına bu il əvvəlki illərdən qat-qat artıq ziyanın dəydiyi güman edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG