Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:24

-

“Hakimiyyət nə sosial-tqisadi problemləri həll edə, nə siyasi məhbus problemini aradan qaldırmaq iradəsi göstərə, nə də torpaqlarımızı geri qaytarmaq qətiyyət və cəsarətinə sahib ola bilər. Problemlərimizin köklü həlli xalqımızın ciddi şəkildə təşkilatlanmasından, millət olaraq öz taleyinə sahib çıxmasından keçir”.

Demokratik Qüvvələrin Milli Şurasının iyunun 9-da yaydığı xalqa müraciətdə belə deyilir.

Milli Şura bəyan edir ki, xalq təşkilatlanıb səfərbər olacağı təqdirdə onun maraqlarına uyğun dəyişikliklərin həyata keçirilməsindən ötrü gərəkən hər cür fədakar addımı atmağa hazırdır.

Müracitədə deyilir ki, son bir neçə ildə yüzlərlə şəxs siyasi sifarişlərlə haqsız və qanunsuz olaraq həbs edilib.

“Son zamanlar 17-18 nəfər tanınmış siyasi məhbus azad edilib. Bununla belə, narahatlıqla bildiririk ki, son həbslərlə birlikdə yenə də ölkədə 100 nəfərə yaxın siyasi məhbus var”.

Milli Şura ölkədə sosil-iqtisadi problemlərin həll edilməməsindən də narahatlığını bildirir.

“Bir il ərzində iki dəfə devalvasiya nəticəsində əhalinin həyat səviyyəsi təqribən yarıbayarı pisləşib. Yüz minlərlə iş yeri bağlanıb, əhalinin real gəlirləri kəskin şəkildə aşağı düşüb. Azərbaycan iqtidarı isə sosial-iqtisadi problemlərin köklü həlli üçün real addımlar atmaq əvəzinə çoxsaylı bir-birinə zidd gərəksiz fərman və sərəncamlarla islahat görüntüsü yaratmağa çalışır”, - sənəddə qeyd edilir.

Milli Şura hökuməti məsuliyyətli olmağa, sosial-qtisadi problemlərin həlli imitasiyasından əl çəkməyə çağırır.

Milli Şura həmçinin Bakının “Sovetski” adlanan ərazisində tarixi binaların sökülməsindən narahatlığını ifadə edir.

Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il prezident seçkisi ərəfəsində yaradılıb. Sonradan Müsavat və bir sıra müxalif partiyalar bu qurumdan uzaqlaşıblar. Quruma daxil olan AXCP-nin 10-dan çox üzvü hazırda həbsdədir.

Hakimiyyət rəsmiləri isə əhalinin güzəranının ağırlaşması ilə bağlı müxalifətin fikirləri ilə razılaşmır.

Dövlət başçısı İlham Əliyev iki gün əvvəl Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında demişdi ki, 2004-cü ildən bəri ölkə iqtisadiyyatı 300 faiz artıb. Yoxsulluq və işsizlik 5 faizə yaxındır.
Üstəlik, hakimiyyət ölkədə siyasi məhbusların olması fikrini də qəbul etmir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG