Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:36

"Goal.com" saytı Avropa çempionatları tarixində ən çox qol vuran futbolçularının siyahısını dərc edib.

15 futbolçunun yer aldığı siyahının başında Mişel Platini gəlir.

O, 1984-cü il Avropa çempionatında keçirdiyi 5 oyunda 9 qol vuraraq bu çempionatın tarixində ən məhsuldar futbolçu olub.

İngiltərə millisinin keçmiş hücumçusu Alan Şirer 7 qolla ikinci, Hollandiya yığmasının keçmiş futbolçusu Rud van Nistelroy isə üçüncü olub.

Siyahı belədir.

1. Mişel Platini (Fransa) - 1984-cü il Avropa çempionatında keçirdiyi 5 oyunda 9 qol vurub.

2. Alan Şirer (İngiltərə) - 1992, 1996, 2000-ci illər Avropa çempionatında keçirdiyi 9 oyunda 7 qol vurub.

3. Rud van Nistelroy (Hollandiya) - 2004, 2008-ci illər Avropa çempionatında keçirdiyi 8 oyunda 6 qol vurub.

4. Patrik Klüyvert (Hollandiya) 1996, 2000-ci illər Avropa çempionatında keçirdiyi 9 oyunda 6 qol vurub.

5. Zlatan İbrahimoviç (İsveç) - 2004, 2008, 2012-ci illər Avropa çempionatında keçirdiyi 10 oyunda 6 qol vurub.

6. Tyeri Anri (Fransa) - 2000, 2004, 2008-ci illər Avropa çempionatında keçirdiyi 11 oyunda 6 qol vurub.

7. Kriştiano Ronaldo (Portuqaliya) - 2004, 2008, 2012-ci illər Avropa çempionatında keçirdiyi 14 oyunda 6 qol vurub.

8. Nuno Qomeş (Portuqaliya) - 2000, 2004, 2008-ci illər Avropa çempionatında keçirdiyi 14 oyunda 6 qol vurub.

9. Savo Miloşeviç (keçmiş Yuqoslaviya) - 2000-ci il Avropa çempionatında keçirdiyi 4 oyunda 5 qol vurub.

10. Ueyn Runi (İngiltərə) - 2004, 2012-ci illər Avropa çempionatında keçirdiyi 6 oyunda 5 qol vurub.

11. Marko van Basten (Hollandiya) - 1988, 1992-ci illər Avropa çempionatında keçirdiyi 9 oyunda 5 qol vurub.

12. Milan Baroş (Çexiya) - 2004, 2008, 2012-ci illər Avropa çempionatında keçirdiyi 11 oyunda 5 qol vurub.

13. Yurgen Klinsman (Almaniya) - 1988, 1992, 1996-cı illər Avropa çempionatında keçirdiyi 13 oyunda 5 qol vurub.

14. Fernando Torres (İspaniya) - 2004, 2008, 2012-ci illər Avropa çempionatında keçirdiyi 13 oyunda 5 qol vurub.

15. Zinəddin Zidan (Fransa) - 1996, 2000, 2004-cü illər Avropa çempionatında keçirdiyi 14 oyunda 5 qol vurub.

XS
SM
MD
LG