Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:31

Bundestaqın prezidendi Erdogana cavab verdi


Serzh Sarkisian və Norbert Lammert

Serzh Sarkisian və Norbert Lammert

-

Almaniya Bundestaqının prezidenti Horbert Lammert iyunun 9-da ölkə parlamentində Türkiyə prezidenti Racep Tayyip Erdoganın “Soyqırım” qətnaməsi ilə bağlı bəyanatlarına cavab verib.

*Hər gün 73 min Youtube istifadəçisi AzadlıqRadiosunun videolarını izləyir. Sən də abunə ol, sən də izlə

Qeyd edək ki, Almaniya parlamenti iyunun 2-də ermənilərin Osmanlı imperiyası dövründə “soyqırımı”na məruz qalması barədə qətnamə qəbul edib.

Erdogan bundan sınra çıxışlarından birində deyib ki, bu sənədin lehinə səs verən türk əsilli deputatların qanını yoxlamaq lazımdır.

Horbert Lammert bunu ayrı-ayrı deputatlara yox, ümumilikdə parlamentə hücum adlandırıb:

“Biz hər bir tənqidi cəsarətlə qarşılayır, hətta şəxsi hücumlar və mübahisələri qəbul edirik. Amma ayrı-ayrı debutatlara təhlükə ilə təzyiq etməyə cəhd göstərən hər bir kəs bilməlidir ki, onlar bütün parlamentə hücum edir”, deyə prezident vurğulayıb.

Erdogansa bu arada bir daha bildirib ki, bu qətnamə ikitərəfli münasibətə ciddi xələl gətirəcək və Almaniya bu yalnış addımdan dönməlidir.

Əks Halda Türkiyə yaranmış duruma uyğun olaraq addımlar atacaq.

Erdoğan sonda vurğulayıb ki, hazırda Almaniyada 3 milyon türk yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG