Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:16

Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Berne Sanders Ağ evdə prezident Barack Obama ilə görüşəcək.

Görüş onun partiyadaşı Hillary Clintonun bir neçə gün əvvəl 6 ştatda keçirilən praymerizlərdə prezidentliyə namizədliyini təmin eləməsindən sonraya təsadüf edir.

Obamanın Sandersi Hillary Clintonun partiyadan namizədliyini etiraf etməyə və partiyanın gücünü Respublikaçı Donald Trumpın məğlubiyyətinə yönəltməyə çağıracağı gözlənilir.

Demokratlar bilir ki, noyabrda keçiriləcək prezident seçkisində Trumpa qalib gəlmək üçün Sandersin tərəfdarlarının dəstəyi lazımdır.

Çünki İctimai rəy sorğularıSandersin Trump üçün daha ciddi rəqib olduğunu göstərir.

“Əlbəttə bu inandırıcı arqumentdir ki, heç kim Donald Trumpu Ağ evdə görmək istəmir” Sandersin sözçüsü

deyir.

Obamanın Sanderslə görüşdən sonra Hillari Clintonun namizədliyini təsdiqləyəcəyi güman edilir.

Berni Sanders həmçinin Senatdakı azlığın lideriHarri Ridlə görüşəcək, sonra isə Demokrat partiyasından növbəti praymeriz keçiriləcək Kolumbiya dairəsi, Vaşinqtonda mitinq keçirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG