Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:07

Rusiya, İran, və Suriyanın müdafiə nazirləri iyunun 9-da Tehranda Suriya münaqişəsini müzakirə eləməlidirlər.

Rusiyanın müdafiə nazirliyinin məlumatına görə, Sergei Shoigu, Hossein Dehghan və Fahd Jassem al-Freij ”İslam Dövləti”qrupu , Əl Nüsrə Cəbhəsi” və “Əl Qaidə” ilə mübarizədə əməkdaşlığın gücləndirilməsini müzakirə eləməlidirlər.

Qeyd edək ki, Moskva ilə Tehran Dəməşqin əsas müttəfiqləridirlər, ona hərbi və maliyyə yardımı göstərirlər.

Rusiya ötən ilin sentyabrından Suriyada hərbi kampaniyaya başlayıb və bundan sonra Suriya prezidenti Bashar Assadın vəziyyəti xeyli yaxşılaşıb.

5 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG