Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:51

-

Azərbaycanda ilk dəfə depozit hərracı keçiriləcək.

Mərkəzi Bankdan verilən məlumata görə, hərrac iyunun 13-də Blumberq ticarət platforması vasitəsilə gerçəkləşəcək.

Hərrac zamanı 1 aylıq 150 milyon manat vəsaitin cəlb edilməsi nəzərdə tutulur. Depozit hərracında vəsaitin illik 4,01-6,99 arası faiz dərəcəsi ilə cəlb edilməsi nəzərdə tutulur.

Depozit fiziki və hüquqi şəxslərin bankda saxladıqlari pul vəsaitləridir.

Bu vəsaitlər əmanətçilərə bankla imzalanmış müqavilədə əks olunan uçot faizləri formasına uyğun müəyyən gəlir qazandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG