Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:46

-

Rusiya ilə Azərbaycan arasında pomidor qalmaqalının çözüldüyü deyilir.

Dövlət Gömrük Komitəsi bildirir ki, Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı zamanı yaranan problemlərin həlli ilə bağlı iki ölkənin hakimiyyət orqanları arasında razılıq əldə edilib.

Problemin Gömrük Komitəsinin sədri Aydın Əliyevin Rusiyanın Federal Gömrük Xidmətinin rəhbərliyi ilə apardığı müzakirələrdən sonra çözüldüyü bildirilir.

Razılaşmaya əsasən, qisa zaman kəsiyində kənd təsərrüfatı məhsullarının maneəsiz Rusiyaya göndərilməsi tam təmin olunmalıdır.

Rəsmi bilgilərə görə, bu ilin yanvarında Azərbaycandan Rusiyaya pomidor ixracı dekabrla müqayisədə 5 dəfə artmışdı.

Rusiyanın nəzarət qurumları bu artımdan şübhələnirdilər. Onlar hesab edirdilər ki, pomidor ixracı Türkiyə məhsulları hesabına artıb. Rusiya uçağının vurulmasından sonra, Türkiyədən kənd təsərrüfatı məhsullarının ixracına qadağa tətbiq etməkdədir.

Bu şübhələr səbəbindən Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı maneələrlə üzləşmişdi. Bir neçə gün idi ki, rusiyalı gömrükçülər azərbaycanlıların apardıqları pomidor yükünü sərhəddən buraxmır, saxlayır, geri qaytarırdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG