Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:17

Rusiyanın SU-27 aırıcı təyyarəsi iyunun 9-da Moskva ətrafında qəzaya uğrayıb.

Plan üzrə uçuş həyata keçirən təyyarə yerli vaxtla saat 10:30-da qəzaya düşüb.

Qəzanın səbəbi araşdırılır.

Hərbi komandanlıq texnikanın sıradan çıxmasını istisna eləmir.

İkinci versiya isə pis hava şəraitidir.

Pilot həlak olub.

Rusiyanın müdafiə nazirliyi bildirir ki, pilot sonadək təyyarəni yaşayış məntəqəsindən uzaqlaşdırdığından tullanmağa vaxtı qalmayıb.

Yerdə itki və ya dağıntı olmayıb.

Hadisə yerində ekspertlər qrupu işləyir və qara qutu artıq tapılıb.

Təyyarə9 May -da daxil olmaqla bayramlarda şou göstərən “Russkie vityazi” qrupuna məxsusdur.

SU-27 təyyarəsi bu gün Puşkin rayonunda Rusiya təyyarəçiləri üçün qoyulmuş abidənin açılışında 6 təyyarə ilə birlikdə şou göstərirmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG