Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:11

-

Azərbaycana birdəfəlik giriş və ölkədən keçib getmək üçün tələb olunan vizalara görə ödənilən dövlət rüsumunun endiriləcəyi gözlənilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı «Dövlət rüsumu haqqında» Qanuna dəyişikliklər təklif edilir.

Qanunun 16.1.6-cı maddəsinə təklif olunan dəyişikliyə əsasən, birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün nəzərdə tutulan 50 ABŞ dolları dövlət rüsumu 20-yə endirilir. Eyni zamanda maddəyə «tranzit vizalarının rəsmiləşdirilməsi üçün» ifadəsi də əlavə edilir. Buna görə də 20 ABŞ dolları dövlət rüsumu müəyyənləşdirilir.

Maddəyə əlavə edilən «Qeyd» hissəsində isə deyilir ki, dəyişikliklərin məqsədi Azərbaycana turistlərin gəlməsini asanlaşdırmaq, ölkəni tranzit daşımaları baxımından əlverişli bölgəyə çevirməkdir.

Layihə Milli Məclisin iyunun 14-də keçiriləcək xüsusi növbədənkənar iclasında müzakirəyə çıxarılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG