Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:50

-

İran əsilli kanadalı antropoloq Tehranda naməlum ittihamlarla həbsə atılıb. Məlumatı onun ailəsi yayıb.

65 yaşlı Homa Hoodfar Montrealdakı Concordia Universitetinin professorudur. Ailəsi iyunun 8-də bildirib ki, o, Tehranın Evin həbsxanasında saxlanır.

“Hakimiyyət professorun casusluq, yaxud dövlət əleyhinə təbliğat ittihamıyla saxlandığını açıqlamayıb”, bəyanatda deyilir.

Hoodfar 3 ay idi, kəşfiyyat xidməti tərəfindən dindirilirdi, bu həftənin əvvəlində həbsi barədə məlumat yayılıb. Martda onun ölkədən çıxışına qadağa qoyulmuşdu.

Ailəsi vəkilinin onunla görüşünə icazə verilmədiyini bildirir.

Son aylar ikili vətəndaşlığı olan bir neçə nəfər İranda ya həbsə atılıb, ya da hakimiyyətin təzyiqilə üzləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG