Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:12

-

«Manatın məzənnəsinin düşməsi Azərbaycanda inflyasiyanı yüksəldib».

APA xəbər verir ki, bu, Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, bu il inflyasiyanın ikirəqəmli həddə yüksələcəyi proqnozlaşdırılır. Bu isə son 15 ildə ən yüksək göstəricidir.

«Manatın dəyər itirməsi bankların balans hesablarına da təsir edib. Qafqaz və Mərkəzi Asiya ölkələrində dollarlaşma həddən artıq yüksəkdir. Yerli valyutaların məzənnələrinin gələcək taleyi ilə bağlı qeyri-müəyyənlik dollarlaşma səviyyəsini son günlərdə bir qədər də yüksəldib», - deyə hesabatda qeyd olunub.

Hesabat müəllifləri tövsiyə edir ki, bu ölkələrin Mərkəzi Bankları xarici valyutada olan aktivləri yerli bank sisteminə ötürsünlər.

Bir gün əvvəl Dövlət Statistika Komitəsi bildirdi ki, bu ilin 5 ayında ötən ilin analoji dövrü ilə müqayisədə 10 faizdən çox inflyasiya olub. Ancaq müstəqil iqtisadçılar hesab edirlər ki, gerçək inflyasiya bundan daha yüksəkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG