Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:51

-

Bakıda intihar hadisəsinin baş verdiyi bildirilir.

Pirallahı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Gürgən qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 14 yaşlı Səbinə Əhmədlinin yaşadığı evdə asılmış meyiti aşkarlanıb. Hadisənin səbəbi ilə bağlı, hələlik, açıqlama verilmir.

Məlumata görə, S.Əhmədli orta məktəb şagirdidir.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, istintaq gedir.

Azərbaycanda son vaxtlar intihar hallarının artdığı bildirilir. Ölkə mətbuatında hər gün intiharlarla bağlı bir neçə xəbərə rast gəlmək mümkündür. Ancaq ölkədə intiharların səbəblərini ayrıca araşdıran mərkəzin olmadığı qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG