Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:42

-

Bu il iyunun 7-də Ermənistana keçdiyi bildirilən Azərbaycan vətəndaşının şəxsiyyəti haqda açıqlama yayılıb.

APA-nın xəbərinə görə, bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası beynəlxalq təşkilatlar və dövlət qurumları ilə birlikdə araşdırma aparıb.

Həmin şəxsin Gədəbəy rayonu, Arabaçı kənd sakini 39 yaşlı Qətibə Ələkbərova olduğu bildirilir. Komissiyadan verilən məlumata görə, araşdırma zamanı Q.Ələkbərovanın Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olduğu müəyyən edilib. Hazırda Q.Ələkbərovanın azad edilməsindən ötrü tədbirlər görüldüyü qeyd edilir.

Ermənistan mətbuatı yazırdı ki, Azərbaycanın Tovuz rayonunun Yanıqlı kənd sakini, 39 yaşlı Zöhrə Vəliyeva iyunun 7-də onlara tərəf keçib. Bu barədə Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar işçi qrupunun rəhbəri Armen Kaprielian-a istinad edilirdi.

Tovuz rayon Polis Şöbəsi və icra qurumları Yanıqlı kəndində Zöhrə Vəliyeva adlı şəxsin yaşamadığını deyirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG