Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:44

“Rusiya mühasirədəkilərə ərzaq sallasın”


Hələb şəhərində dağıntılar, 8 iyun, 2016-cı il

Hələb şəhərində dağıntılar, 8 iyun, 2016-cı il

-

Birləşmiş Ştatlar Rusiyaya təklif edir ki, Suriyadakı təyyarələri mühasirədə olan, Suriya hökumətinin yardım çatdırmağa imkan vermədiyi ərazilərə ərzaq sallasın.

BMT-nin Ümumdünya Ərzaq Proqramı həmin şəhərlərə yardım çatdıra bilmir. Hökumət bunu əngəlləyir. Baxmayaraq ki, Suriya Prezidenti Bashar al-Assad və müttəfiqi Rusiya ilkin olaraq, buna razılıq vermişdilər.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner iyunun 8-də Rusiyanı öhdəliyinə əməl etməməkdə suçlayıb və deyib ki, Rusiya bu yardımı çatdırmağa daha yaxşı mövqe tutur.

“Rusiyanın Suriyada hava bazası və uçuşlar həyata keçirməyə hökumətdən icazəsi var”, o deyib.

Suriyada münaqişə beş ildir davam edir. 270 mindən çox ölən ölüb, milyonlarla insan qaçqına çevrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG