Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:01

-

İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının Suriya və İraqda hərbi mövqeləri itirməsi onun Qərb, Rusiya və digər beynəlxalq hədəflərə hücumları artırmasına səbəb ola bilər. Bu xəbərdarlıqla BMT Baş katibinin köməkçisi Jeffrey Feltman çıxış edib.

O, iyunun 8-də BMT Təhlükəsizlik Şurasında bu qruplaşmanın yaratdığı təhlükə barədə danışıb. Deyib ki, İraqda ABŞ-ın, Suriyada isə Rusiyanın dəstəklədiyi qüvvələrin endirdiyi zərbələr qruplaşmanı zəiflədib.

“Ancaq bu hərbi geriləməni nəzərə alan yaraqlılar yeni mərhələyə girir, qanadlarının rolunu gücləndirir, mövcud münaqişə bölgələrindən kənarda maliyyəsinin yerini dəyişir və bununla da, Paris və Brüsseldəki kimi, kompleks, çoxdalğalı, beynəlxalq hücumların riskini artırır”, o deyib.

Feltman qeyd edib ki, qruplaşmanın Suriya və İraqdakı məğlubiyyəti nəticəsində Qərb ölkələrinə, Rusiyaya dönən əcnəbi döyüşçülərin sayı artıb və onlar da göstəriş əsasında hücumlar həyata keçirə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG