Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:44

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 27 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Azərbaycan ordusunun Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.
Bundan başqa, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl və Goranboy rayonları istiqamətlərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu açıqlanıb.

Müdafiə Nazirliyinin iyunun 8-dəkı açıqlamasında atəşkəsin gün ərzində 15 dəfə pozulduğu bildirilirdi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Yaranmış gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Həmin görüşdə atəşkəsin gücləndirilməsi müzakirə edilib. Görüşdən sonra atəşkəsin pozulması halları nisbətən azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG