Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:25

-

Beynəlxalq Tennis Federasiyası Rusiyanın tennis ulduzu Maria Sharapova-nı dopinq qəbul etdiyinə görə idmandan 2 il müddətinə uzaqlaşdırıb.

İyunun 8-də açıqlanmış qərar bu il yanvarın 26-dan qüvvəyə minib. Yəni idmançı peşəkar idmandan 2018-ci il yanvarın 26-dək kənarda qalacaq.

Sharapova qadağanı “ədalətsiz şəkildə sərt” adlandırıb və İdman Arbitrasiya Məhkəməsinə müraciət edəcəyini bildirib. O, facebook səhifəsində yazıb ki, antidopinq qaydalarını bilərəkdən pozmayıb.

Qadağaya baxmayaraq, idman nəhəngi “Nike” bildirib ki, Sharapovaya sponsorluğunu bərpa edəcək. Şirkət pozuntunun bilərəkdən olmaması barədə məhkəmə qərarına istinad edib. Tennisçiylə bağlı məsələ martda açıqlanandan Nike sponsorluğu dayandırmışdı.

Sharapova özü martda elan edib ki, yanvarda dopinq testindən keçməyib və Ümumdünya Antidopinq Agentliyinin meldoniumu yanvarın 1-dən qadağan etməsindən xəbərsiz olub. Vəkili John Haggerty deyib ki, o, meldoniumu qadağa qüvvəyə minəndən sonra qəbul edib.

İdmançı 2006-cı ildən tibbi məqsədlə bu maddədən istifadə etdiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG