Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:35

-
İyunun 8-də Tərtər rayonunun Cəmilli kəndində partlamamış iki hərbi sursat aşkarlandığı bildirilir.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən AZƏRTAC-a verilən xəbərə görə, onlar 9M22U «Qrad» qurğusunun hissələri olub.

Agentlik bildirir ki, gün ərzində Ağdam və Tərtər rayonlarında 51 min kvadratmetr ərazi minalardan təmizlənib.

Ümumilikdə isə aprelin 7-dən iyunun 8-dək 1509 partlamamış hərbi sursatın aşkarlanaraq zərərsizləşdirildiyi qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG