Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:28

Banklar Ali Məhkəməyə üz tuturlar


MB
MB

-

Mərkəzi Bankın (MB) lisenziyalarını ləğv etdiyi «Atrabank» ASC və «Qafqaz İnkişaf Bank» ASC fəaliyyətini bərpa etmək məqsədilə Ali Məhkəməyə müraciət etməyə hazırlaşır.

«Report» bu xəbəri «Atrabank» ASC-nin departament direktoru Şahin Nağıyevə istinadən yayıb.

Adıçəkilən banklar konsolidasiyaya getmək şərti ilə bazara qayıtmağa çalışırlar. Bundan ötrü «Atrabank» və «Qafqaz İnkişaf Bankı» ilk növbədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə bankların xeyrinə qərar verib. Mərkəzi Bank isə bu qərardan apellyasiya şikayəti verib. Mayın 10-da Bakı Apellyasiya Məhkəməsi bu şikayəti təmin edib. İndi isə banklar Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.

MB «Atrabank» və «Qafqaz İnkişaf Bankı»nın lisenziyalarını bu il yanvarın 27-də ləğv etmişdi. Hər iki banka müvəqqəti inzibatçı təyin olunmuşdu.

Lisenziyaların ləğvindən sonra bu iki bank birləşmək barədə niyyət protokolu imzalayıb.

Bu ilin yanvar-fevral aylarında MB 7 bankın lisenziyasını ləğv edib. Sonradan onlardan birinin - «NBC Bank»ın lisenziyası bərpa olunub.

XS
SM
MD
LG