Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:12

“Rusiyaya sanksiyalar qaldırılsın”


Ukraynada dağıdılmış ev, arxiv fotosu

Ukraynada dağıdılmış ev, arxiv fotosu

-

Fransa Senatı Rusiyaya iqtisadi sanksiyaların ləğvinə çağıran qətnaməyə səs verib.

Sənəd hökuməti sanksiyaları tədricən qaldırmağa çağırır. Senatorlar iyunun 8-də 302-16 səs çoxluğuyla qətnamənin lehinə səs verib.

Ölkənin sosialist hökuməti isə bu məsələyə müxalif mövqe tutur, bildirir ki, Moskva Ukraynada sülh yaradılmasını nəzərdə tutan Minsk sülh sazişinə əməl edəndən sonra bu məhdudiyyətlər yüngülləşdirilə bilər.

Səsvermənin hüquqi qüvvəsi olmasa da, sanksiyalardan getdikcə artan narazılığı göstərir. 2014-cü ilə qədər Avropa Birliyi Rusiyanın ən böyük ticarət tərəfdaşı olub. 2 il öncə Rusiya Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra sanksiyalar qoyuldu, Rusiyadan neft avadanlığının alınması, eləcə də rus banklarına kredit ayrılması qadağan olundu.

Rusiya da buna cavab olaraq, Avropa Birliyindən ərzaq idxalını qadağan edib.

Fransanın avtomobil və ərzaq şirkətləri bu sanksiyalardan ziyana düşüb və siyasətçilərin qadağaları qaldırmasından ötrü lobbiçilik edib.

XS
SM
MD
LG