Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:41

-

Türkiyə polisi bildirir ki, iyunun 8-də Türkiyənin Suriya ilə sərhədində bomba qoyulmuş maşını kürd intiharçı partladıb. Həmin hücumda 5 nəfər həlak olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, qurbanlar 3 dinc sakin və iki qadın polisdir.

Partlayışda 23-ü dinc sakin olmaqla, 51 nəfər yaralanıb.

Mardin vilayətinin Midyat şəhərində törədilmiş bu partlayışdan bir gün öncə İstanbulda polis maşını partladılıb, 11 nəfər həlak olub.

Daxili İşlər Nazirliyinin rəsmini deyir ki, hər iki partlayışı PKK-nın törətməsinə dair güclü dəlil var.

İyunun 7-də Türkiyə Prezidenti Recep Tayyip Erdogan deputatların toxunulmazlığını alan qanunu imzalayıb. Bu qanun Erdogan-ın PKK-nın siyasi qanadı olmaqda ittiham etdiyi kürdpərəst deputatların təqibinə yol açır.

Günün bütün mövzuları

XS
SM
MD
LG