Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:07

ABŞ-ın F-18 qırıcı-bombardmançı təyyarələri hər gün “Harry Trumen” kəmisindən qalxaraq “İslam Dövləti” qrupunun mövqelərini bombalayırlar.

Bu təyyarədaşıyan gəmi iyunun 3-dən Şərqi Aralıq dənizindədir.

ABŞ hərbi-hava qüvvələri komandanlığının nümayəndələri zərbələrin məhz hara endirildiyi barədə açıqlama vermirlər.

Təkcə onu deyirlər ki, məqsəd yaraqlıların maliyyə infrastrukturunu dağıtmaqdır.

ABŞ-ın məlumatına görə, “İslam Dövləti” qrupu zəbt elədiyi ərazilərin 45 faizini itirib.

Həmçinin qrupun qanunsuz neft alverindən gəlirləri yarıbayarı azalıb.

Reutersin müxbiri “Trumen” gəmisinin göyərtəsindən xəbər verir ki, hava zərbələrində “ağıllı bombalar” dan istifadə edilir, yaraqlılara təbliğat xarakterli vərəqələr atılır.

ABŞ hərbçiləri NATO-nun Varşava sammiti ərəfəsində Aralıq dənizində 2 zərbə qrupu yerləşdirmək fikrindədir.

Onların sözlərinə görə bu, Rusiyanın regionda hərbi fəallığı ilə tarazlıq yaratmalı və yaraqlılara təzyiqi artırmalıdır.

Yaxın vaxtlarda “Harry Trumen” gəmisini Duayt Eyzenhauer” gəmisi əvəz edəcək.

Və müəyyən vaxt onlar birgə hərəkət edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG