Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:08

-

İmişli rayonunda dolunun ciddi fəsadlar törətdiyi bildirilir.

Xüsusilə dolunun rayonun Hacıalmuradlı, Xəlfəli və Qızılkənd kəndlərinə ciddi ziyan vurduğu qeyd edilir.

AZƏRTAC xəbər verir ki, gecə saat 2 radələrində başlayan və küləklə müşayiət olunan dolu ağacları aşırıb, onların meyvələrini məhv edib, tərəvəz bitkilərini yararsız hala salıb. Evlərin dam örtükləri zədələnib, pəncərələrin şüşələri və polietilen örtüklər sıradan çıxıb.

Xəbərə görə, İmişli Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyası fəsadların aradan qaldırılması və dəyən ziyanın hesablanması istiqamətində tədbirlər görür.

Son bir həftədə Azərbaycanın bir çox rayonuna dolu düşüb. Dolunun əkin sahələrinə ziyan vurduğu qeyd edilir. Snoptiklər qarşıdakı bir neçə gündə də bəzi Qərb rayonlarına dolu düşəcəyini təxmin edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG