Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:13

-

İntizam xətası törədən prokurorluq işçisi üç il ərzində buna görə cəzalandırıla biləcək. Ölkə parlamenti bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında ”qanuna dəyişiklik etməyə hazırlaşır.

Bu haqda Modern.az xəbər verir.

Hazırkı qanunvericiliyə görə, prokurorluq işçiləri intizam xətasına yol verərlərsə, 1 il ərzində tənbeh edilə bilərlər. Bu müddət ötdükdə onların məsuliyyəti aradan qalxmış olur.

Qanuna həmçinin, xidməti intizamı pozan, vəzifələrini layiqincə yerinə yetirməyən, etik davranış qaydalarını pozan prokurorluq işçilərinə intizam tənbehlərinin tətbiq olunması barədə dəyişikliklərin edilməsi də təklif edilir.

Prokurorluq işçilərinin nizam-intizamını gücləndirmək məqsədi daşıyan təkliflər parlamentin iyunun 14-də keçiriləcək növbədənkənar iclasında müzakirə ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG