Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:12

-

İyunun 9-da hakimliyə namizədlər test imtahanı verəcəklər.

İmtahan Bakı Kristal Zalının mətbuat mərkəzində keçiriləcək.

Bu haqda Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası xəbər verir.

Xəbərə görə, imtahanda 806 namizədin iştirakı nəzərdə tutulur. Test tapşırıqları imtahan keçirilən zalda təsadüfi yolla Hakimlərin Seçki Komitəsinin hazırladığı suallar bankından seçiləcək. Tapşırıqlar elə zaldaca namizədlərin sayına uyğun çoxaldılıb paylanacaq.

Hakimliyə namizədlər 100 test tapşırığına cavab verməli olacaqlar. Hər bir sual 1 balla qiymətləndiriləcək. 60 və daha çox bal toplamış namizədlər imtahanın növbəti mərhələsinə buraxılacaqlar.

Hakim olmaqdan ötrü test imtahanları yetərli deyil. Namizədlər imtahandan sonra, hələ, xeyli mərhələ adlamalıdırlar.

Testdən keçənləri növbəti etapda yazı işi yerinə yetirməli, ardından şifahi müsahibədə uğur qazanmalıdırlar.

Qeyd olunan mərhələləri keçənlər tədris kurslarına göndəriləcəklər. Həmin kurslardan sonra yenidən müsahibə keçiriləcək.

Hakimlərin Seçki Komitəsi bu mərhələdən sonra uyğun hesab etdiyi namizədləri Məhkəmə-Hüquq Şurasına təqdim edəcək.

Şura isə vakant hakim vəzifələrinə təyin olunmaları məqsədilə həmin namizədləri ölkə başçısına təqdim edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG