Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:56

İyunun 8-də Avstraliyanın Tasmaniya adasını güclü daşqın gözləyir.

Buna görə ölkənin ən qədim şəhərlərindən olan Lançeston təhlükə ilə üzləşib.

Sinoptiklər pik həddinin bu gün olacağını deyirlər.

Bu həftə Avstrealiyanın şərq və cənub sahillərində böyük dalğa və güclü küləklə müşahidə olunan leysan yağışları yaxıb.

Yağış getdikcə səngisə də daşqın Lançestona doğru gedir. 3 minə yaxın sakin evakuasiya olunub.

Sidneydə xilasedici qüvvələr binaları qorumaq üçün bütün gün torpaq kisələri daşıyır, daşqına hazırlaşırlar.

“Mayın sonunadək 12 min torpaq kisəsi düzmüşük və görünür ana təbiətə qalib gəlmişik”, xilasedicilərdən biri deyir.

İstirahət günləri şəhərə 5 metrlik dalğalar çırpılıb, fırtına ciddi dağıntılar törədib.

Nəticədə 4 nəfər həlak olub, 2 nəfərsə itkin düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG