Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:39

NATO Polşaya desant qüvvələri atdı


20-dən çox NATO ölkəsi bu həftə Polşada irim iqyaslı hərbi təlimlərə başlayıblar.

Ölkənin şimalında keçirilən təlimlərdə 30 mindən çoxhərbçi iştirak edir ki, bunun yarıdan çoxu ABŞ-ın payına düşür.

Təlimlərdə hərbi texnikalar, təyyarə və gəmilər iştirak edir.

Bu soyuq müharibə dövründən bu yana NATO-nun şimal cinahda keçirdiyi ən iri təlimdir.

“Anakonda-16”manevrlərində gecə vertolyot-desant əməliyyatları keçiriləcək.

Visla çayı üzərində müvəqqəti körpünün tikintisi üçün 2 min ABŞ desantı atılacaq.

82-ci hava-desant dviziyasından 500 paraşütçü səfərbər edilib və onlar Şimali Karolinadakı hərbi bazadan Polşanın Torun şəhərinə gətiriliblər.

General-Leytenant Mark Miller.

“Onları 25 saat əvvəl həyacan siqnalı ilə qaldırıblar, onlar Atlantikanı keçiblər və bu müddət ərzində əməliyyat planlaşdırılıb, bundan sonra isə desantların düşməli olduğu bu əraziyə atılıblar-bu fövqəladə vəziyyət şəraitində məşqdir.”

Əməliyyatlara həmçinin 230 britaniyalı paraşütçü cəlb edilib.

Onlar Almaniyadakı hərbi bazadan gəliblər.

Bundan başqa Krakovdan polşalı desantlar atılıb.

Təlim məşqləri NATO-nun Varşavada keçiriləcək sammitinə bir neçə həftə qalmış başlayıb.

Sammitdə Şərqi Avropada hərbi heyət və texnikanın gücləndirilməsi ilə bağlı yekun qərar qəbul olunmalıdır.

Moskva isə buna cavab olaraq qərb sərhədlərində hərbi iştirakını getdikcə gücləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG