Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:53

-

İyunun 7-si axşam Şahdağ Milli Parkının Quba meşəbəyiliyinin 13a saylı dolayında, Xınalıq yolunun 29-cu kilometrliyində torpaq sürüşməsi baş verib.

Xəbəri Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb.

Nazirlik bildirir ki, hadisə yerində araşdırmalara başlanıb və sürüşməyə son günlər bölgəyə yağan intensiv yağışların səbəb olduğu müəyyən edilib. Ekspertlərin ilkin rəyinə əssən, sürüşmə Qudyalçayın yatağına doğru istiqamətlənib. Sürüşmə nəticəsində diametri 12-28 sm olan müxtəlif cinsli (əsasən vələs və fıstıq) 60-dək ağac kökündən aşaraq torpaq kütləsinə qarışıb. Hazırda sürüşmə prosesi dayansa da, ətraf hissələrdə torpağın aşınması müşahidə edilir.

Son vaxtlar ölkənin müxtəlif bölgələrində torpaq sürüşmələrinin aktivləşdiyi bildirilir. Bu yaxınlarda Ağsu aşırımında torpaq sürüşməsi baş vermişdi. İki gün əvvəl isə İsmayıllı rayonunda analoji hadisə qeydə alınmışdı. İsmayıllı rayonunun Sərsurə kəndində dağıntı üzündən 7 ailənin evlərini tərk etdiyi deyilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG