Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:00

İlham Əliyevdən səfirlərə Ramazan təbriki


İlham Əliyev
İlham Əliyev

-
İyunun 8-də prezident İlham Əliyev Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Ramazan ayının başlaması münasibətilə görüş iştirakçılarını təbrik edən İlham Əliyev bir sıra məsələlərlə bağlı fikrini bildirib.
O, Qarabağ münaqişəsindən danışaraq Ermənistanı etnik təmizləmə siyasəti aparmaqda ittiham edib.

Xocalı faciəsindən bəhs edən dövlət başçısı deyib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında bütün tarixi və dini abidələri dağıdıb. O, Ermənistan rəhbərliyini Avropa ölkələrinə münaqişə ilə bağlı daim təhrif olunmuş məlumat çatdırmaqda qınayıb.

Prezidentin deməsinə görə, Ermənistan rəhbərliyi münaqişəyə dini don geydirməyə çalışır. «Bu, böyük riyakarlıqdır. Siz - Azərbaycanda yaşayan insanlar yaxşı bilirsiniz ki, ölkəmizdə dini, milli zəmində heç vaxt münaqişə olmayıb», - deyən İlham Əliyev Azərbaycanda məscidlərlə yanaşı, kilsələrin və sinaqoqların da fəaliyyət göstərdiyini qeyd edib. O deyib ki, erməni kilsəsi şəhərin mərkəzində toxunulmaz qalıb və Azərbaycan dövləti bu kilsənin təmirinə vəsait ayırıb.

İlham Əliyev yada salıb ki, 2016-cı il Azərbaycanda «Multikulturalizm ili» elan edilib.

Prezident həmçinin qeyd edib ki, ötən il Azərbaycanda I Avropa Oyunları keçirilib. Gələn il isə İslam Həmrəylik Oyunlarının keçiriləcəyi gözlənilir. Onun deməsinə görə, İslam Həmrəylik Oyunları bir idman yarışı olmayacaq, bütün dünyaya İslamın birliyə, sülhə, əmin-amanlığa çağırışını nümayiş etdirəcək.

İlham Əliyev əlavə edib ki, bir il sonra Naxçıvan İslam mədəniyyəti paytaxtı elan olunacaq.

XS
SM
MD
LG