Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:02

-

İyunun 7-də Tovuz rayonunun Yanıqlı kənd sakini Zöhrə Vəliyevanın Ermənistana keçdiyi bildirilir.

Ermənistan hakimiyyət orqanlarının bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsini (BQXK) məlumatlandırdığı deyilir.

Belə məlumatın verildiyini APA-ya BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova da təsdiq edib. O qeyd edib ki, hazırda təmsil etdiyi qurumun mandatına uyğun olaraq, bu məsələni izləyir və aidiyyəti orqanlarla əlaqə saxlayır.

Ermənistan mətbuatı məlumat yayıb ki, Azərbaycanın Tovuz rayonunun Yanıqlı kənd sakini, 39 yaşlı Zöhrə Vəliyeva onların ərazisinə keçib.

Lakin Tovuz rayon polisindən, eləcə də icra orqanlarından APA-ya bildirilib ki, Yanıqlı kəndində Zöhrə Vəliyeva adlı şəxs yaşamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG