Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:54

-
Müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində olub.

Nazirliyin mətbuat xidməti bildirir ki, təlim poliqonuna gələn nazir cəbhə xəttindəki vəziyyətin modelləşdirilməsi, təlimlərin real döyüş şəraitinə uyğun keçirilməsi və digər praktiki məşqlərlə bağlı görülən işlərlə maraqlanıb.

«Müdafiə naziri ərazidəki komanda məntəqəsində olub. Çöl şəraitində yaradılmış düşərgədə təlim keçən şəxsi heyətlə görüşüb. Onların peşəkarlıq və döyüş qabiliyyətlərinin artırılması ilə bağlı müvafiq tapşırıqlarını verib. Sonra nazirliyin rəhbərliyi hərbi şəhərcik ərazisində yeni inşa olunmuş yaşayış kompleksinin açılışında iştirak edib»,-mətbuat xidmətinin məlumatında qeyd edilir.

Nazirlik bildirir ki, ümumilikdə hər biri üç otaqdan ibarət 52 xidməti mənzil kommunikasiya xətləri ilə tam təchiz olunub. Yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb.

Müdafiə nazirinin cəbhə bölgəsində yeni istifadəyə verilən səhra hospitalının açılışında da iştirak etdiyi bildirilir. Məlumatda qeyd edilir ki, hospitalın əməliyyat, reanimasiya, müayinə, intensiv terapiya, rentgen, laboratoriya otaqları və palataları ilə tanış olan nazir tibb personalı ilə də görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG